30 yanvar 2011 02:34
Qarabağ Zenit və və Aahen ilə qarşılaşacaq
Ötən mövsüm Azərbaycan çempionu olmuş “Qarabağ”ın 17 yaşlılardan ibarət komandası Türkiyənin Antalya şəhərində hazırlıqlarına start verib. Azerisport.az xəbər verir ki, Mübariz Orucovun başçılıq etdiyi ağdamlı yeniyetmələr AFFA-nın dəstəyi ilə qardaş ölkəyə təlim-məşq toplanışına yollanıb.
Yanvarın 28-indən fevralın 4-nə kimi qardaş ölkədə hazırlıq keçəcək komanda bu müddətdə 2 yoxlama oyunu keçirəcək. “Qarabağ”ın U-17-si bu gün Almaniyanın “Aahen” klubundan olan həmyaşıdlıları ilə qarşılaşacaq. Fevralın 3-ndə isə Orucovun yetirmələri “Zenit”lə münasibətlərinə aydınlıq gətirəcək.
