30 yanvar 2011 15:26
XL da almaq istəyir, Steaua da (FOTO)
“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik komandasının hücum xəttini braziliyalı forvardla gücləndirmək istəyir. Azerisport.az Rumıniya mətbuatına istinadən xəbər verir ki, Lənkəran klubunun çalışdırıcısı öz ölkəsində çıxış edən Junior Moraesi Azərbaycana gətirmək istəyir.
Qeyd edək ki, bu futbolçu “Gloria”da çıxış edir. Lakin 23 yaşlı hücumçunun xidmətində “Steaua” da maraqlıdı.
