30 yanvar 2011 16:53
Neftçi günü bir məşqlə tamamladı (FOTO)
Premyer Liqaya Türkiyənin Antalya şəhərində hazırlaşan "Neftçi" PFK məşqləri davam etdirir. Azerisport.az xəbər verir ki, dünən Avstriya "Şturm"u üzərində qələbədən sonra "ağ-qaralar" bu gün bir məşqə çıxıblar.
Səhər baş tutan məşqin böyük hissəsi fitnes zalında olub. Ardınca futbolçular "Polor saat"ları geyinərək, yaşıl meydançada qaçıblar. Günortadan sonra flaqmanın üzvlərinə istirahət verilib.
Qeyd edək ki, yanvarın 24-dən etibarən Antalyada olan "Neftçi" artıq iki yoxlama matçında qüvvəsini sınayıb. Daha iki oyun keçirəcək komanda fevralın 4-də təlim-məşq toplanışını yekunlaşdırıb, Bakıya dönəcək.
