30 yanvar 2011 18:38
A Seriyasının 1 oyunu yarımçıq dayandırıldı
İtaliya çempionatında 22-ci turun bu günə təyin olunan oyunlarından biri təxirə salınıb. Azerisport.az xəbər verir ki, ikinci oyun gününün “Bologna” – “Roma” görüşü qar yağışı səbəbindən başqa tarixə keçirilib.
Kəskin hava şəraitinə baxmayaraq, öncə komandalar meydana çıxmağa qərar verib. Ancaq matçın 17-ci dəqiqəsində, hesab 0:0 olarkən, oyuna davam etməyin mümkünsüzlüyünü görən tərəflər, oyunu yarımçıq saxlamağa razılaşıblar.
Hələlik, bu qarşılaşmanın nə vaxt keçiriləcəyi dəqiq bilinmir.
