30 yanvar 2011 21:15
Yığmamız Almaniya klubuna qol vurmasına peşman oldu
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Almaniyanın “Mainz” klubunun əvəzedici komandası ilə yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, qarşılaşmada ilk qolu Tural İsgəndərov vurub.
Lakin “Mainz” hesabı bərabərləşdirməklə yanaşı, daha 2 dəfə fərqlənərək 3:1 hesablı qələbə qazanıb.
