30 yanvar 2011 00:08
“Ən çox bəyəndiyim Neftçi`nin sürətli futbol oynaması oldu”
Avstriyanın "Şturm" klubunun baş məşqçisi Franko Foda Antalyada "Neftçi" ilə keçirdikləri yoxlama oyunundan sonra fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, "Neftçi"yə 0:2 hesablı məğlubiyyətin səbəblərini belə izah edib:
“Birinci hissədə böyük problem yaşadıq. Çünki topu özümüzdə saxlaya bilmirdik. Buna görə də 2 qol buraxdıq. Fasilədən sonra isə üstünlük bizim tərəfimizdə idi. Bir neçə qol vəziyyətimiz olsa da, bunlardan yararlana bilmədik. "Neftçi" mənim çox xoşuma gəldi. Bu komandanın bir sıra müsbət keyfiyyətləri var. Ən çox bəyəndiyim cəhət isə "Neftçi"nin sürətli futbol oynaması oldu".
