30 yanvar 2011 00:16
Sadıqov Azərbaycana döndü
Rusiyanın “Anji” klubunda köməkçi-məşqçi kimi fəaliyyət göstərən millimizin sabiq çalışdırıcısı Vaqif Sadıqov Bakıya qayıdıb. Azerisport.az xəbər verir ki, həmyerlimiz ailəsinə baş çəkmək üçün klub rəhbərliyindən icazə alıb.
Lakin onun Mahaçqala klubunun düşərgəsinə nə vaxt dönəcəyi bilinmir. Qeyd edək ki, digər həmyerlilərimizdən Emin Ağayevin klub rəsmisi kimi çalışdığı, millimizin üzvü Mahir Şükürovun top qovduğu, 21 yaşadək futbolçulardan ibarət yığmamızın futbolçusu Rüstəm Abbasovun baxışda olduğu “Anji” hazırda Antalyada təlim-məşq toplanışındadı.
