30 yanvar 2011 19:21

Qarabağ rumınlarla bacarmadı (YENİLƏNİB)

Türkiyənin Antalya şəhərindəki hazırlıqlarını davam etdirən “Qarabağ” bu gün qardaş ölkədə növbəti sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələrinin bu dəfəki rəqibi Rumıniyanın “Gaz Metan” klubu olub. İlk yarıda 2 qol buraxan təmsilçimiz fasilədən sonra bunlardan birinin əvəzini çıxa bilsə də, bundan artığına gücü çatmayıb və 1:2 hesablı məğlubiyyətə üzülüb.
 
Qurban Qurbanovun komandasının Antalyadakı ilk hazırlıq matçında Qazaxıstanın “Jetısu” komandasına məğlub olmuş (2:3), ardından Türkiyənin aşağı liqa təmsilçilərindən “Erdemirspor”a cəmi 45 dəqiqəyə 8 cavabsız qol vurmuşdu. Belə kəskin səviyyə fərqi ortaya çıxınca isə, ikinci hissənin oynanılmasına ehtiyac duyulmamışdı. Nəhayət, ağdamlılar son sınaq matçında Ukrayna "İllychivets"i ilə üz-üzə gəlmişdi ki, həmin matçda da 2:2 hesablı bərabərlik qeydə alınmışdı.
 
Yoldaşlıq oyunu
30 yanvar
 
QARABAĞ – GAZ METAN - 1:2 (0:2)
 
Matç başladı
Oyuna Ağdam təmsilçisi daha fəal başlayıb
Adamiya rəqib qapıçıyla təkbətək çıxsa da, kobudluqla dayandırılır
7-ci dəqiqədə rumınlar hesabı açırlar
Qol buraxdıqdan sonra ağdamlılar daha çox fəallaşsa da, qol vura bilmirlər
Nderim Nedzipinin cərimə zərbəsi təhlükəli olur
Aqollinin təhlükəli zərbəsi qolla nəticələnmir
41-ci dəqiqədə rumınlar daha bir qol vururlar. Müdafiəçilərin kobud səhvi ikinci qolun buraxılmasına səbəb olur
İkinci hissə başlayır
Komandamızın fəallığı nəhayət ki, bəhrəsini verir. 63-cü dəqiqədə Aftandil Hacıyevin baş zərbəsi nəticəsində hesab arasındakı fərq minimuma enir
Matç ağdamlıların 1:2 hesablı yenilgisiylə başa çatdı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.