31 yanvar 2011 13:06
Azərbaycan çempionu Avstriya klubuyla qarşılaşacaq
Son ölkə çempionu "İnter" Türkiyədə təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, gündə iki dəfə məşq edən “bankirlər” fevralın 2-də Avstriyanın birinci liqasında mübarizə aparan "Admira Vakker" komandasıyla yoldaşlıq matçı keçirəcək.
İkinci yoldaşlıq qarşılaşması isə fevralın 5-də baş tutacaq. Bu dəfə komandanın rəqibi Bolqarıstanın "Lokomotiv" komandası olacaq.
