31 yanvar 2011 01:13

“XL-la oyuna 100 faiz köklənməliyik”

"Neftçi"nin yarımmüdafiəçisi Rəşad Abdullayev komandasının Antalyada keçirilən təlim-məşq toplanışını dəyərləndirib. Azerisport.az xəbər verir ki, təcrübəli futbolçu hər şeyin qaydasında olduğunu bildirib:
 
"İlk təlim-məşq toplanışından fərqli olaraq, ikinci hazırlıq mərhələsində əsasən oyunlarda qüvvəmizi sınayırıq. Çoxlu toplu çalışmalar edirik. Məqsədimiz çempionatın qalan hissəsinə tam hazır olmaqdı. Zədəm yavaş-yavaş sağalır. Yüngül zədələnsəm də, bir az vaxt itirdim. Hazırda formaya düşməyim üçün fiziki güc yığıram”.
 
Rəşad sınaq matçlarındakı çıxışlarını isə belə dəyərləndirib: “Çox yaxşı haldı ki, keçirdiyimiz hər iki yoxlama matçında qalib gəlmişik. Ukrayna "Arsenal"ı ilə müqayisədə, "Şturm" adlı-sanlı rəqib idi. Buna baxmayaraq, istədiyimiz futbolu oynadıq, iki erkən qol vurub, inamlı qələbə qazandıq. İkinci oyunda hiss etdim ki, tam oynaya bilərəm. Yoxlama görüşlərində nəticə əsas deyil. Ən vacibi odu ki, belə qarşılaşmalarda səhvləri görüb, onların üzərində işləyəsən”.
 
Abdullayev, komandanın kapitanı olan və onunla eyni cinahda top qovan Rail Məlikovun yoxluğuna da münasibət bildirib: “Mənimlə eyni cinahda çıxış edən Rail son iki yoxlama matçında iştirak etməyib. Təbii ki, belə təcrübəli müdafiəçinin, kapitanının olmaması hiss olunur. Ancaq onu əvəzləyən Ruslan Əmircanov pis təsir bağışlamır. Onunla da oyunumuz yaxşı alınır. Oyunu konkret hansısa futbolçunun üzərində qurmaq istəmirik. Çünki çempionatın gedişində həmin oyunçu zədələnə və ya cəzalandırıla bilər. Elə etməliyik ki, komandada kiminsə yoxluğu hiss olunmasın. Bu dəfəki təlim-məşq toplanışında daha çox cavan oyunçu iştirak edir. Biz də təcrübəli futbolçu kimi onlara əlimizdən gələn köməyi əsirgəmirik".
 
Yarımmüdafiəçi onu da vurğulayıb ki, qış fasiləsindən sonra Premyer Liqaya qələbə ilə başlamaq vacibdi: "Xəzər Lənkəran"la oyun çox əhəmiyyətli qarşılaşmadı. Hamımız bu oyuna 100 faiz köklənməliyik. Qalib gələcəyimiz təqdirdə, irəliyə doğru böyük addım atarıq. Həm xal ehtiyatımızı artırarıq, həm də "altılığ"a rahat yollanarıq. Düzdür, qarşıda bizi uzun marafon  - "altılıq" oyunları gözləyir. Ancaq hesab edirəm ki, "Xəzər Lənkəran" üzərində qələbə bizə çempionluq yolunda təkan verəcək".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.