31 yanvar 2011 01:28
Mirça Rednik: Onu yayda gətirəcəyik
“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik komandasına keçidi gündəmdə olan braziliyalı hücumçu Junior Moraeslə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, “ağ-yaşıllar”ın rumıniyalı çalışdırıcısı ölkəsindən olan jurnalistlərə açıqlamasında “Gloria”nın hücumçusu ilə bağlı bunları dilə gətirib:
“Moraes çox əla oyunçudu. Ancaq onun hələlik klubuyla müqaviləsi var. Buna görə onun keçidinə yayda qayıtmalı olacağıq”.
