31 yanvar 2011 14:08
Qəbələ Manchester United və Liverpool ilə qarşılaşacaq
“Qəbələ” futbol klubunun 14 yaşlılardan ibarət komandası fevralın 6-da İngiltərəyə təlim-məşq toplanışına yollanacaq. Azerisport.az xəbər verir ki, Toni Adamsın ölkəsindəki hazırlıq prosesində “Qəbələ” U-14-ün bir neçə yoxlama matçında qüvvəsini sınaması planlaşdırılır.
Belə ki, təmsilçimiz fevralın 9-da İngiltərənin “Manchester United”, 9-da “Everton”, 10-da “Liverpool”, 12-də “Blackburn” və 14-də “Sheffield United” klublarının aşağı yaş qruplarından ibarət komandalarla qarşılaşacaq. Sözügedən ölkədə 9 gün ərzindəki hazırlıq zamanı yeniyetmə futbolçularımız “Liverpool”un bazasında məskunlaşacaqlar.
