31 yanvar 2011 14:21
Verpakovskis Bakı`ya gələsi olmadı
Tanınmış latviyalı futbolçu Maris Verpakoskis “Bakı”da oynamayacaq. Azerisport.az xəbər verir ki, bu haqda Zeynal Məmmədov açıqlama verib:
“Mənə söylədilər ki, mətbuatda Verpakovskisin “Bakı”ya gələcəyinə dair xəbərlər yazılır. Bu düz deyil. O, bizə təklif olunmayıb və heç biz özümüz də onunla maraqlanmamışıq. Bir sözlə o, “Bakı”da çıxış etməyəcək” – deyə Məmmədov saytımıza bildirib.
