31 yanvar 2011 14:30
Foqts daha iki futbolçudan imtina etdi
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan futbol üzrə əsas yığma komandamızın daha iki üzvü heyətdən çıxarılıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Berti Foqts Saşa Yunisoğlu və Əziz Quliyevi də düşərgədən kənarlaşdırılıb.
“Qəbələ”nin müdafiəçisi olan Saşa Yunisoğlu ilə “Bakı”nın yarımmüdafiəçisi Əziz Quliyevin də milli komandanın heyətindən çıxarılmasına zədəli olmaları səbəb olub.
Xatırladaq ki, daha əvvəl eyni səbəbdən “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev millinin Dubay toplanışından kənarlaşdırılaraq, komandasının Antalyadakı düşərgəsinə qaytarılmışdı.
