31 yanvar 2011 15:02
Superliqada qalmaqal: azarkeş baş məşqçini vurdu (FOTOLAR)
Türkiyə Superliqasının 19-cu turunun “Ankaragücü” - “Manisaspor” matçı qalmaqalla nəticələnib. Azerisport.az xəbər verir ki, “19 Mayıs Stadionu”nda oynanılan qarşılaşmada meydan sahiblərinin baş məşqçisi Ümit Özat meydana keçən bir azarkeşin hücumuna məruz qalıb.
Belə ki, məğlub durumda olan “Ankaragücü”nün vurduğu bərabərlik qolundan sonra komandanın baş məşqçisi Ümit Özat ilə tərəfdarlar arasında gərginlik yaranıb. Kifayət qədər böyük təzyiq altında işləyən Özat komandasının qolunu azarkeşlərə bir qədər xoş gəlməyəcək şəkildə, nümayişkaranə bayram edib. Bunu həzm edə bilməyən bir azarkeş isə meydana atılaraq, Ümit Özatın üzərinə hücum edib və onların arasında yumruqlaşma başlayıb. Münaqişə yalnız təhlükəsizlik işçilərinin və futbolçuların müdaxiləsi nəticəsində yatırılıb.
Lakin bu olayların baş məşqçiyə baha başa gəlib. Belə ki, azarkeşləri təxribata çəkən və onlardan biriylə yumruqlaşan Özat texniki zonadan qovulub. Polislər tərəfindən alınan 25 yaşlı azarkeş isə etdiyi hərəkətə görə peşma olduğunu, sadəcə baş məşqçinin onları təxribata çəkdiyini iddia edib.
