31 yanvar 2011 15:14
Berti Foqts üçün yeni rəqib
AÇ-2012-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Qazaxıstan yığmasının yeni baş məşqçisinin kimliyi müəyyənləşib. Azerisport.az sözügedən ölkə mətbuatına istinadən xəbər verir ki, komandamızın rəqibi 53 yaşlı çexiyalı mütəxəssis Miroslav Beranekə tapşırılıb.
Qeyd edək ki, Beranek 24 aprel 1957-ci ildə anadan olub. O, Çexiyanın “Spartak” (Pelqrjimov), “Şkoda” (Plzen) və “Slaviya” (Praqa) klublarında çıxış edib.
Məşqçilik fəaliyyətinə isə “Qmande”də başlayıb. Ardından isə “Slaviya” (Praqa), “Kladno”, “Xmel”, “Debretsen” (Macarıstan) və “Əl-Vasl” (BƏƏ) kimi klublarda çalışıb. Çexiyanın gənclərdən ibarət millisini də çalışdıran Beranek əsas yığmada sadəcə köməkçi kimi işləyib.
Baş məşqçi kimi gənclər arasında Avropa çempionatının qalibi, vitse-çempionu və bürünc mükafatçısı olub. Çexiya kubokuna (2002) və Macarıstan çempionluğuna (2007) sahib çıxıb.
