31 yanvar 2011 15:46

Turan Gürcüstan sərhəddində polis zorakılığına məruz qaldı

Türkiyə hazırlıqlarını başa vuran “Turan” dünən gecə saatlarında vətənə dönüb. Lakin azerisport.az xəbər verir ki, qardaş ölkədə keçirdiyi son sınaq matçında Cənubi Koreya klubu ilə görüşdən qalmaqalla ayrılan Tovuz klubu bu dəfə də gömrük postunda gürcü sərhədçilər tərəfindən heç bir ciddi səbəb olmadan problemlərlə üzləşib.
 
Belə ki, gürcü sərhədçilər avtobusla bağlı problem olduğunu bildiriblər. Bunun nəticəsi kimi komanda 4 saata yaxın gömrük postunda saxlanılıb. Səbəb kimi isə Batumidə yük yerinə vurulmuş möhürlərdən birinin zədələnməsi göstərilib.
 
Tovuz klubunun bununla bağlı bəyanatında bildirilir: "Çox həssas materialdan ibarət, ən adi şəraitdə belə zədələnə biləcək olan kağız parçasının çətin hava şəraitində zədələnməməsi mümkün deyildi. Lakin bütün bu məsələlərlə bağlı geniş informasiya tərkibli bildirişlərimizə və vəziyyəti izah etmək cəhdlərimizə baxmayaraq gömrük əməkdaşları klubu böyük məbləğdə cərimələməkdən çəkinmədilər. Bu azmış kimi əməkdaşlarımızla olduqca sərt və vəzifə həddini aşan formada davrandılar. Hətta komandamızın rəisi İman Həsənov və klub avtobusunun sürücüsü Gündüz Qasımovu həbs etməyə cəhd göstərdilər.
 
Məsələ ilə bağlı qonşu dövlətin aidiyatı orqanlarına müraciətlərimizə baxmayaraq sıralarında 4 gürcü futbolçunun olduğu “Turan” PFK-yla terorist qruplaşma kimi davranmalarına izah tapılmadı. Yalnız böyük  məbləğdə cərimələndikdən sonra komanda gömrük postundan buraxıldı. Bütün bunları nəzərə alaraq məsələ ilə bağlı lazımi tədbirlərin görülməsi üçün yerində toplanan bütün faktlar əsasında məsələyə düzgün hüquqi qiymətin verilməsi üçün əlimizdən gələni edəcəyik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.