31 yanvar 2011 16:04

Nasimov: XL-a qapıçımız da qol vursa, olar, təki qalib gələk

Azerisport.az sizi "Neftçi"nin özbəkistanlı hücumçusu Bahodir Nasimovun müsahibəsi ilə tanış edir.
 
- Bir müddət öncə Özbəkistan yığmasının heyətində zədə almışdın. Hazırda özünü necə hiss edirsən?
- Zədədən sonra mənə bir az çətin oldu. İndi yavaş-yavaş özümə gəlirəm, fiziki formamı bərpa edirəm. Oyunlara hazırlaşıram. Özümü 70-80 faiz hazır hiss edirəm.
 
- "Neftçi" Antalyadakı ikinci təlim-məşq toplanışında iki yoxlma matçı keçirib. Bu oyunlar haqqında nə deyə bilərsən?
- Mər hər iki qarşılaşmada forma geydim. Düzdü, axıra qədər mübarizə aparmadım. Buna hələlik fiziki formam imkan vermir. Sevindirici haldı ki, hər iki görüşü qələbə ilə başa vurduq. Məşqlərdə, oyunlarda var gücümüzlə işləyirik. Komanda şəklində çalışırıq ki, çempionata tam hazır olaq.
 
- Flaqman Ukrayna "Arsenal"ını 2:1 hesabı ilə məğlub etdiyi halda, daha güclü "Şturm"a 2 top fərqilə qalib gəldi. Avropanın adlı-sanlı komandalarından biri ilə görüş necə təsir bağışladı?
- "Şturm"la görüşümüz də çətin keçdi. Erkən qollar vurub, inamlı qələbə qazandıq. "Arsenal" da güclü komanda idi. Oyundan-oyuna "artırmaq" istəyirik ki, Premyer Liqada bizə çətin olmasın.
 
- 2 oyunda 3 qol vurmusan. Demək olarmı ki, əsl Bahodir qayıdıb?
- Bu təlim-məşq toplanışı hələ hər şey demək deyil. İnşallah, Premyer Liqada qollarımın davamının gəlməsini arzulayıram. Əsas odu ki, komandamız çempionatda fərqlənib, xal ehtiyatını artırsın və qızıl medallara yiyələnsin.
 
- Premyer Liqanın cari mövsümündə 15 qol vurmusan. Qış fasiləsindən sonra neçə dəfə fərqlənə biləcəyini düşünürsən?
- Şübhəsiz ki, çempionatın bombardiri olmaq istəyirəm. Ancaq mövsümün sonunadək neçə qol vuracağımı dəqiq deyə bilmərəm. Bizim əsas məqsədimiz "Neftçi"nin çempion olmasıdı.
 
- "Şturm"la görüşün ikinci hissəsində hücumda Emil Mpenza ilə birgə oynayırdın. Necə fikirləşirsən, sizin tandeminiz alınır?
- Təkcə təlim-məşq toplanışında deyil, həm də çempionat matçlarında Emillə duet şəklində oynamışıq. Mənə elə gəlir ki, bizdə tandem alınır.
 
- Bir çox vacib oyunlarda fərqlənmisən. Lakin bütün "Neftçi"sevərlər "Xəzər Lənkəran"ın qapısına yol tapmağını səbirsizliklə gözləyirlər. Bu dəfə onları sevindirə biləcəksənmi?
- Bu qarşılaşmaya ciddi hazırlaşırıq. Fevralın 13-də vacib oyuna çıxacağıq. Çalışacağam ki, qol vurub, komandamın qələbəsində pay sahibi olum. Fərqi yoxdur rəqibi "Neftçi"nin hansı oyunçusu məyus edəcək. "Xəzər Lənkəran"a lap qapıçımız da qol vursa, olar. Təki bu matçda qalib gələk!
 
Mənbə: “Neftçi”nin rəsmi saytı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.