31 yanvar 2011 16:42

Qazaxlar Beranekin qarşısına Azərbaycanı qabaqlamaq vəzifəsini qoydu

Xəbər verdiyimiz kimi, bu gün AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Qazaxıstan yığmasının yeni baş məşqçisi təyin olundu. Azerisport.az xəbər verir ki, təqdimat mərasimində çıxış edən Qazaxıstan Futbol Federasiyasının baş katibi Sayan Hamitcanov və Beranek iddialı açıqlamalar veriblər.
 
QFF-nin baş katibi bildirib ki, yeni baş məşqçinin qarşısına qruplarında Azərbaycanı qabaqlamaq və 5-ci yeri tutmaq vəzifəsi qoyulub: “Biz bir çox mütəxəssislərlə danışıqlar apardıq. Lakin onların əksəri uzun müddətli müqavilə bağlanmasını istəyirdilər. Hətta növbəti tsikldə də komandanın sükanı arxasında qalmasını indidən tələb edənlər də var idi. Yalnız cənab Beranek qrup mərhələsini Azərbaycandan yüksəkdə başa vurmaqdan qorxmadı. Hər halda ilin sonunda çexiyalı mütəxəssisin buna nail olub olmayacağını biləcəyik”.
 
Beranek isə təqdimat mərasimində bunları dilə gətirib: “Mən istəyirəm ki, Qazaxıstan yıması “Barcelona” kimi oyun sərgiləsin, amma mən axmaq deyiləm. Baxmayaraq ki, Madrid “Real”ı kimi sürətli, top saxlamağı bacaran, əla hücum futbolu sərgiləməyi bacaracağımıza da ümid edirəm. Qazaxıstan dünyada siyasi, iqtisadi və idman sahəsindəki inkişafı ilə məşhurdu. Mən də futbol yığmasının nəticələrini yaxşılaşdırmaq istəyirəm”.
 
Qeyd edək ki, Qazaxıstan yığması ilə Azərbaycan arasındakı ilk oyun iyunun 3-də Qazaxıstanda, təkrar qarşılaşma isə sentyabrın 6-da Bakıda keçiriləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.