31 yanvar 2011 16:50
AFFA növbəti konfransın vaxtını və gündəliyini açıqladı
Martın 4-də, saat 11:30-da, AFFA-nın inzibati binasında AFFA-nın növbəti Konfransı keçiriləcək. Azerisport.az xəbər verir ki, AFFA-nın Nizamnaməsinə uyğun olaraq, Konfransın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
- Prezident tərəfindən salamlama
- Yığıncağın tərkibinin yoxlanılması
- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması
- Maliyyə hesabatının təsdiq olunması
- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq
- Növbəti ilin büdcəsinin təsdiq olunması
- Hər hansı vakant vəzifəyə seçkilər
- AFFA üzvlərinin təkliflərinin qəbul olunması
- Digər məsələlər
