31 yanvar 2011 20:25
FİFA rəsmiləri Bakıdakı stadiondan testlər götürdülər (FOTOLAR)
AFFA tərəfindən Mərdəkandakı “Dalğa” İstirahət Mərkəzinin ərazisində inşa olunan stadionda UEFA-nın quraşdırdığı süni örtüyün sertifikatlaşdırılması ilə əlaqədar FİFA-nın müvafiq laboratoriyasının üzvlərinin Bakıda səfərdə olması, süni örtüyə FİFA-nın sertifikatının verilməsi üçün rəy hazırlayacaqları barədə xəbər vermişdik. Azerisport.az xəbər verir ki, artıq bununla bağlı FİFA-nın mütəxəssisləri süni örtükdən test götürüblər.
Həmin mütəxəssislərin bu test götürmə əməliyyatından görüntüləri təqdim edirik:
