31 yanvar 2011 20:48
Fərid Quliyev də Simurq`a keçir
Azərbaycan yığma komandasının və “Neftçi”nin hücumçusu Fərid Quliyev özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, gənc forvard karyerasını Zaqatalanın “Simurq” klubunda davam etdirəcək.
Bu haqda saytımıza açıqlamasında “Simurq”un prezidenti Zaur Məmmədov məlumat verib: “Fərid Quliyev böyük ehtimalla mövsümün sonuna kimi icarə əsasında komandamızda çıxış edəcək. Hələ “Neftçi” rəhbərliyi ilə danışıqlarımız sadəcə telefon vasitəsilə davam edir. Ancaq düşünürəm ki, bütün problemlər yoluna qoyulacaq”.
