31 yanvar 2011 21:34
Qapıçının başını yardılar, oyun təxirə salındı
Paraqvay çempionatında maraqlı olay baş verib. Azerisport.az xəbər verir ki, “Club Guarani” ilə “Cerro Porteno” arasındakı qarşılaşma meydan sahiblərinin qapıçısı Pablo Aurrokoçinin başına atılan daş səbəbindən keçirilməyib.
Buna görə qapıçının başına bir neçə tikiş qoymaq lazım gəlib. Paraqvay Futbol Federasiyasının bu məsələylə bağlı qərari həftə içində açıqlanacaq. Lakin indidən sözügedən klublar bir-birini qarşılıqlı şəkidlə ittiham edir. “Cerro Porteno” hakimin oyunu təxirə salmasından narazılığını bildirir və təkrar oyunun keçirilməsini tələb edir. “Club Guarani” isə rəqibə texniki məğlubiyyət verilməsini istəyir.
