31 yanvar 2011 11:22
Millimizin məğlub olduğu matçda Lippert nəyə sevindi?
Türkiyənin Antalya şəhərində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə Almaniyanın “Mainz” klubunun əvəzedici komandası arasında keçirilmiş yoldaşlıq oyunundan sonra yığmamızın baş məşqçisi Bernard Lippert fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis matçdan sonra bunları dilə gətirib:
“Əvvəllər də qeyd etdiyimi kimi, belə oyunlarda nəticə ən əhəmiyyətli məsələ deyil. Daha vacib olan futbolçuların hazırlıq səviyyəsini, onların komandaya nə dərəcədə faydalı olmasını müəyyənləşdirməkdi. Konkret bu oyunda məni sevindirən amil komandamızın oyunun sonuna qədər mübarizə aparması oldu”.
