31 yanvar 2011 11:31
Bakı`nın Rumıniya klubuyla oyunu canlı yayımlanacaq
“Bakı” Antalyadakı təlim-məşq toplanışının 16-cı günündə, yəni bu gün növbəti yoxlama oyununa çıxacaq. Azerisport.az xəbər verir ki, bu dəfəki rəqib Rumıniyanın "Panduri" klubudu.
Qarşılaşmanın start fiti yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 21:00) səslənəcək. Futbol həvəskarları "Bakı" - "Panduri" qarşılaşmasını izləmək imkanına malikdilər. Oyun Rumıniyanın DJ Sport kanalı tərəfindən canlı yayımlanacaq.
Maraq üçün xatırladaq ki, Rumıniya mətbuatı klublarının Türkiyədəki hazırlıq prosesini lazımı şəkildə işıqlandırmaq üçün əllərindən gələni edirlər. Dünən "Qarabağ"ın "Gaz Metan"la oyununu da ölkələrində canlı yayımlayan rumınlar həmyerliləri Mirça Rednikin çalışdırdığı "Xəzər Lənkəran"ın da bir görüşünü bu şəkildə diqqət mərkəzində saxlamışdılar.
