31 yanvar 2011 23:32
Yaponiya yığmasının müdafiəçisi Inter`də
İtalya çempionu “Inter”, “Cesana”da forma geyən Yaponiya millisinin üzvü Yuto Naqatomonu mövsümün sonuna kimi icarəyə götürüb. Azerisport.az xəbər verir ki, Milan klubu 24 yaşlı arxa xətt oyunçusunun milli komandayla Asiya çempionatındakı çıxışından sonra, dərhal onu heyətinə qatmağa qərar verib.
“Inter” Naqatomonun transferinin ardından gənc oyunçusu David Santonu da “Cesana”ya icarəyə verib. Qeyd edək ki, Yuto Naqatomo, Campaolo Patsini, Hussin Xarya və Andrea Ranoççiyanın ardından milanlıların bu qış dövründəki dördüncü transferi oldu.
