31 yanvar 2011 23:41
Tuncay Şanlı rəsmən Wolfsburg'da
İngiltərənin “Stoke City” klubunda elə də çox forma şansı əldə etməyən Türkiyə millisinin üzvü Tuncay Şanlı, Almaniya Bundesliqasının komandalarından “Wolfsburg”a keçib. Azerisport.az xəbər verir ki, AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin rəqiblərindən olan “ay-ulduzlular”ın hücumçusu yeni komandasıyla 3.5 illik sözləşmə imzalayıb.
Artıq bu barədə rəsmi məlumat yayan Almaniya klubunun saytında baş məşqçi Stiv Maklarenin tərif dolu fikirlərinə də yer verilib.
Qeyd edək ki, 2009-cu ildə 5 milyon funt-sterlinq qarşılığında “Middlesbrough” klubundan “Stoke City”yə transfer olan 29 yaşlı futbolçu, Premyer Liqada bütövlükdə 44 matçda forma geydi və 5 qol vurdu. Tuncay, bu mövsüm sadəcə 14 matçda oynadı və cəmi 1 qola imza atıb.
