31 yanvar 2011 22:50

Bakı Panduri`yə qalib gəldi (YENİLƏNİB)

Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışını davam etdirən “Bakı” bu gün qardaş ölkədə növbəti sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, paytaxt klubunun bu dəfəki rəqibi Rumıniyanın “Panduri” klubu olub və təmsilçimiz minimal hesablı qələbəyə sevinib.
 
Qeyd edək ki, Aleksandr Starkovun baş məşqçisi olduğu “zolaqlılar” Antalyada keçirdiyi yoxlama oyunlarında məğlubiyyətsizlik seriyasına malikdi. "Bakı" daha əvvəl Qazaxıstann təmsilçiləri "Akjayık" (3:0) və "Şaxtyor" Karaqanda (1:1) klubları ilə qarşı-qarşıya gəlmiş və uduzmamışdı. Elə Ukraynanın “Metallurq” (Zaporojye) klubuyla qarşılaşma da heç-heçə (0:0) başa çatmışdı.
 
Yoldaşlıq oyunu
31 yanvar
 
BAKI - PANDURİ - 1:0 (1:0)
 
"Bakı" bu oyuna aşağıdakı heyətdə çıxıb:
1. Marko Şarliya, 3. Rafael Əmirbəyov, 4. Vadim Borets, 33. Aleksey Savinov,  5. Stevan Bates, 11. Adnan Bərəkət, 77. Aleksandar Şoliç, 2. Saşa Kaykut, 30. İbrahim Karqbo, 20. Juninyo, 10. Ruslan Leviqa.
Baş məşqçi: Aleksandr Starkov
 
30-cu dəqiqədə "Bakı" hesabı açır. Sağ cinahdan künc zərbəsi zamanı Şoliç topu qapı qarşısına göndərir, Adnan Bərəkət qapıçıdan qayıdan topu sağ küncə göndərir - 1:0
45-ci dəqiqədə əvvəlcə Saşa Kaykut, ardından isə Ruslan Leviqanın zərbəsindən sonra top rəqibin qapı dirəyindən qayıdır
Birinci hissə başa çatdı
 
İkinci hissə başladı
Fasilədən sonra heyətdə dəyişiklik var: Xalidu Sissoko Marko Şarlyanı əvəzləyir. İbrahim Karqbonun əvəzinə isə meydana Ernad Skuliç çıxır. Mahmud Qurbanov da Saşa  Kaykutu əvəzləyir
75-ci dəqiqədə Stevan Bates sarı vərəqə ilə cəzalandırılır
82-ci dəqiqədə Reviqa hesabı artıra bilərdi. Onun qüvvətli zərbəsindən sonra top müdafiəçiyə dəyir
Hakim oyunun əsas vaxtına 2 dəqiqə əlavə edir
Matç Starkovlu "Bakı"nın növbəti qələbəsiylə başa çatır

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.