31 yanvar 2011 00:03
Millimizin sabiq üzvü ehtiyatda qaldı, komandası 1 xal qazandı
Türkiyənin Bank Asiya birinci liqasında 18-cu turun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, millimizin sabiq üzvlərindən olan Ernani Pereyranın komandası “Mersin Idman Yurdu” səfərdə “Tavşanlı Linyitspor” ilə qarşılaşıb.
Tərəflərin çoxsaylı cəhdlərinə baxmayaraq, qarşılaşmada hesab açılmayıb. Lakin ən maraqlısı Ernani Pereyranın bu dəfəki görüşdə forma geyməməsi olub. Qeyd edək ki, son dövrlər bir qayda olaraq əsas heyətdə meydana çıxan və hər oyunu əvəzedilmədən keçirən qaradərili “azərbaycanlı” futbolçunun bu dəfə forma geyməməsinin səbəbi bilinmir.
İlk dövrədə İlqar Qurbanovun da şərəfini qoruduğu bu komanda hazırda 18 oyundan topladığı 25 xalla 9-cu pillədə qərarlaşıb.
