31 yanvar 2011 00:08

Xəzər Lənkəran bu gün qayıdır, Rednik isə yox

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” qardaş ölkədəki hazırlıq prosesini yekunlaşdırıb. Azerisport.az xəbər verir ki, 20 gündü ki, Antalyada hazırlıq keçən “ağ-yaşıllar” bu gün səhər saatlarında Antalyanı tərk edərək, vətənə qayıdacaq.
 
Maraq üçün bildirək ki, yerli futbolçulardan fərqli olaraq, legionerlər Bakıya yox, birbaşa vətənlərinə yollanacaqlar. Elə baş məşqçi Mirça Rednik də komandanın düşərgəsindən ayrılaraq, Rumıniyaya gedib. Onun səfərində məqsəd həm ailəsinə baş çəkmək, həm də bəzi transfer məsələlərini yoluna qoymaqdı.
 
Lənkəran klubu bir də fevralın 3-də Bakıda bir araya gələcək. Bir gün sonra isə komanda Lənkərana yollanaraq, "Neftçi" ilə oyunun hazırlıqlarına start verəcək.
 
Maraq üçün qeyd edək ki, “Xəzər Lənkəran” 20 günlük toplanış çərçivəsində bir çox oyunçuları sınaqdan keçirməklə yanaşı, həm də 6 sınaq matçında qüvvəsini sınadı. “Atırau”ya (Qazaxıstan) 1:2, “Kasımpaşa”ya (Türkiyə) 1:4, “Zarya”ya (Ukrayna) 1:3 uduzan Mirça Rednikin yetirmələri son oyunda da “Chernomorets”ə (Odessa, Ukrayna) 2:3 hesabıyla məğlub oldu. Təmsilçimizin Ukrayna “Metallurq”u (Zaporojye) ilə görüşdə 1:1 hesablı heç-heçə qeydə alınmışdısa, “Krivbass”a (Ukrayna) da 1:0 hesabıyla qalib gəldiyi vaxt, matçın 75-ci dəqiqəsində güclü yağış səbəbindən oyunun davam etdirilməməsi qərara alınmışdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.