31 yanvar 2011 00:23
Abşeron Rumıniya klubu ilə sülh bağladı
Azərbaycan çempionatının birinci divizionunun lideri “Abşeron” Türkiyənin Antalya şəhərində növbəti sınaq matçını keçirib. Azerisport.az xəbər verir ki, Mirbağır İsayevin komandası bu dəfə Rumıniyanın “Victoria” klubu ilə qarşılaşıb və görüş qolsuz bərabərliklə başa çatıb – 0:0.
Maraq üçün xatırladaq ki, buna qədər artıq Mirbağır İsayevin yetirmələri qardaş ölkədə dörd sınaq matçı keçirmişdi. Almaniyanın “Vupertal” klubuna 4:2 hesabıyla qalib gələn “Abşeron” Qazaxıstanın “Akjayik” klubunu da 1:0 hesabıyla məğlubiyyətə uğratmışdı. Lakin eyni günə təsadüf edən Gürcüstan “VİT-Corciya”sı (1:2) və Cənubi Koreyanın “Yonsey” klubu ilə duellər çempionatımızın liderinin yenilgisiylə başa çatmışdı.
