31 yanvar 2011 00:37
Muğan Dan Pisla və Svanidzeni komandadan kənarlaşdırdı
“Muğan” iki leqioner futbolçunu heyətdən kənarlaşdırıb. Azerisport.az xəbər verir ki, bunlar Salyan klubunun 31 yaşlı gürcü futbolçusu Davit Svanidze və moldovalı yarımmüdafiəçi Dan Pisladı.
Klubdan verilən informasiyaya görə, hər iki futbolçunun komandadan kənarlaşdırılmasına əsas səbəb ilk dövrə ərzindəki zəif çıxışları və etimadları doğrulda bilməmələri olub.
