31 yanvar 2011 23:57
Rəşad oynamadı, Es-Es sonda güldü (YENİLƏNİB)
Bu gün Türkiyə Superliqasında 19-cu turun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, hesabat turunun qapanış matçında millimizin kapitanı Rəşad Sadıqovun da çıxış etdiyi “Eskişehirspor”, doğma divarlar arasında “Konyaspor”u qəbul edib.
Yeni baş məşqçisi Bülənt Uygunun gəlişindən bəri gözəl seriya yaxalayan və yüksəlişdə olan “Eskişehirspor”un əsas heyət üzvlərindən olan millimizin müdafiəçisi bu görüşdə ehtiyatda qalıb. Baxmayaraq ki, Türkiyə mətbuatı təxmini heyətdə onun adını ilk "11-lik"də qeyd etmişdi.
Qeyd edək ki, hazırda xallarının sayını 28-ə çatdıran “Eskişehirspor” 6-cı pilləyə yüksəlib.
Eskişehirspor - Konyaspor - 1:0 (0:0)
Qol: Sezer Öztürk, 84.
