1 fevral 2011 00:53
Azərbaycan klubları ermənilərə legionerlərin hesabına qalib gəlir
Azerisport.az növbəti sorğusuna yekun vurub. Oxucularımız müraciət etdiyimiz “Sizcə, Azərbaycan klubları ermənilərə nəyin hesabına qalib gəlirlər” sualına müxtəlif variantlar üzrə fikirlərini bildiriblər.
Onların əksəri belə hesab edir ki, klublarımız buna legionerlərin sayəsində nail olurlar. Hər halda respondentlərin 49 faizi məhz belə düşünür. Bu uğurda öz oyunçularımızın payının olduğunu düşünənlər isə 22 faiz təşkil edib. Məşqçilərimizin və sponsorlarımızın daha yaxşı olduğunu düşünənlər isə nisbətən azdı.
