1 fevral 2011 19:06
Millimiz macarlarla oyundan qalmaqalla ayrıldı (YENİLƏNİB)
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Macarıstanın “Gyori Eto” klubu ilə yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, Bakı vaxtı ilə saat 17:00-da başlayan qarşılaşma qalmaqalla yekunlaşıb.
Daha doğrusu yoldaşlıq oyunu final fitinə təxminən 15 dəqiqə qalmış yarımçıq dayandırılıb. Buna Macarıstan təmsilçisinin kobud oyunu nəticəsində futbolçular arasında gərginliyin artması səbəb olub.
Oyun dayandırılan məqamda "Gyori Eto" 1:0 hesabı ilə irəlidə olub.
Oyun dayandırılan məqamda "Gyori Eto" 1:0 hesabı ilə irəlidə olub.
