1 fevral 2011 13:19
Qəbələ Lokomotivlə sülh bağladı
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ”növbəti yoxlama oyununu keçirib. Azerisport.azxəbər vnrir ki, Toni Adams yetirmələrini bu dəfə Xorvatiyanın “Lokomotiv”klubu ilə oyunda sınayıb. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb.
Xatırladaq ki, bu, “Qəbələ”nin Türkiyədə 3-cü yoxlama oyunu idi. Bundan əvvəl komandamız Cənubi Koreyanın “Yonsey” klubuna 1:3 uduzduğu halda, bu ölkənin digər təmsilçisinə - “Gyeongnam”a iki cavabsız qolla qalib gəlmişdi.
