1 fevral 2011 13:38
AFFA milli çempionatda saxtakarlığın üstünü açdı
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda 17 yaşlılardan ibarət komandalar arasında keçirilən ölkə çempionatındakı qanunsuzluqlara hüquqi qiymət verilib.
Lakin ən çox maraq doğuran olay 14 yaşlılar arasındakı çempionatda qeydə alınıb. Belə ki, U-14 Liqasında çıxış edən “Laçın” klubunun futbolçusu Bəkirov Daşqın Taleh oğlunun əvəzinə matçlarda başqa futbolçu iştirak edib. Futbolçu yarışları keçirən departamentə müraciət edərək “Laçın” klubunun heyətində heç bir matçda iştirak etmədiyini bildirib. Bu səbəbdəndə təqdim olunan sənədləri nəzərə alaraq adıçəkilən futbolçunun “Laçın” klubunun heyətində çıxış etdiyi bütün oyunlarda kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
