1 fevral 2011 01:38
Vitali yenə oynamadı, komandası 3 xal qazandı
Türkiyə Bank Asiya birinci liqasında 18-ci turun qapanış matçında “Kartalspor” səfərdə “Adanaspor”la qarşılaşıb. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin sabiq qapıçılarından olan Vitali Kovalyovun komandası çətin səfərdən mühüm qələbəylə dönməyi bacarıb.
Qarşılaşmada hesabı 53-cü dəqiqədə “Kartalspor” açıb. “Adanaspor” 75-ci dəqiqədə hesabda tarazlıq yaratsa da, 79 və 82-ci dəqiqələrdə qonaqlar növbəti qollarını vurub. Meydan sahibləri isə yalnız 90-cı dəqiqədə buraxılan qollardan birinin əvəzini çıxmaqla təsəlli tapıb. “Kartalspor”un baş məşqçisi ilk dövrədə forma üzünə həsrət qalan həmyerlimizə ikinci dövrədəki ilk görüşdə də şans tanımayıb.
Kovalyovun komandası hazırda topladığı 15 xalla 17 komanda arasında 15-ci pillədə qərarlaşıb.
