1 fevral 2011 13:43

Aleksandr Pitsurka: XL-da mümkün qədər çox qol vurmaq istəyirəm

“Xəzər Lənkəran”ın yeni transferlərindən olan Aleksandr Pitsurka öz müsahibəsində yeni klubuna keçidinin səbəblərindən danışıb. Azerisport.az Rumıniya yığmasının sabiq baş məşqçisi Viktor Pitsurkanın oğlu olan futbolçunun həmin müsahibəsini təqdim edir:
 
- Necə oldu ki, “Universitatea Craiova”dan getməyə qərar verdiniz?
- Məni sadəcə baş verən son hadisələr bu həddə gətirib çıxardı. Mən bu mövzunu çox müzakirə etmək istəmirəm. Sadəcə bu klubda artıq çox qala bilməzdim. Baxmayaraq ki, hamıyla çox gözəl münasibətim var idi. Odu ki, komandadan mehribanlıqla, sülhlə ayrılıram. Mənim problemim sadəcə klub prezidenti Adrian Mitsitselu ilə idi.
 
- “Universitatea Craiova” sizin bütün alacağınız ödədi?
- Mən pulumu almışam, amma mayın sonunu gözləyirəm...
 
- Niyə Rumıniyanın digər klublarını yox, məhz “Xəzər Lənkəran”ı seçdiniz?
- Məndə bir neçə variant var idi. Ancaq Azərbaycandan gələn təklif maddi cəhətdən daha cəlbedici idi. Anna Mariya mənə getməməyi məsləhət bilsə də, “Xəzər Lənkəran”da 9 rumınuyalı futbolçunun olması, Mirça Rednikin baş məşqçisi olması həlledici oldu. Hər halda klubdan da özümə qarşı yaxşı münasibət hiss etdim, hansı ki, bir neçə milyon avroluq büdcəsi var.
 
- Azərbaycan çempionatı sizin üçün tramplin ola bilər?
- Bəli, ordan Türkiyə çempionatına da düşmək olar, hansı ki, Avropaya keçid üçün çox gözəl vasitədi.
 
- Getdiyiniz ölkə haqqında nəsə bilirsiz?
- Mən hələ ora getməmişəm, amma bildiyim bəzi şeylər var. Antalyadakı toplanış zamanı komandayla birgə oldum. Komanda yoldaşlarım mənə Bakı haqda danışdılar ki, çox gözəl şəhərdi. Lənkəranın isə paytaxtdan 300 mil uzaqda olduğunu deyirlər. Mənə belə yerdə oynamaq çox maraqlıdı, mümkün qədər çox qol vurmaq istəyirəm. Biz çempionluğu qazanmaq istəyirik. Ancaq hazırda birinci yerdə “Neftçi” gedir.
 
- Lənkəranda sevgilinizlə birgə yaşamalı olacaqsız?
- Düşünürəm ki, yox. Orda çətin olacaq. Bakıda cəmi 2 gün yaşamalı olacağıq. Qalan günləri isə Lənkəranda oyunlara hazırlaşacağıq. Odu ki, vaxt olmayacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.