1 fevral 2011 13:55
Macarlar yığmamızla oyun öncəsi 2 itkiylə üzləşdi
Fevralın 9-da Azərbaycan yığmasıyla yoldaşlıq matçına çıxacaq Macarıstan milli komandası heyətlə bağlı bir sıra itkilərlə üzləşib. Azerisport.az sözügedən ölkənin futbol federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, “Huddersfield Town”da top qovan gənc müdafiəçi Tamaş Kadar, həmçinin Almaniyanın “Mainz” klubunun hücumçusu Adam Tsalay zədə səbəbindən komandadan kənarlaşdırılıb.
Baş məşqçi Şandir Eqervari artıq Tsalayın əvəzində başqa oyunçuya dəvət göndərib. Belə ki, “Kecskemeti”də top qovan 34 yaşlı Atilla Tokoli millimizə qarşı forma geymək imkanı qazanıb.
