1 fevral 2011 14:39
Türkiyədə daha bir transfer bombası (FOTO)
Türkiyə Superliqasında daha bir transfer bombası son ölk çempionu “Bursaspor”dan gəlib. Azerisport.az xəbər verir ki, Bursa təmsilçisi transfer dönəminin son günündə ABŞ millisinin təcrübəli hücumçusu Joze Altidoru heyətinə qatıb.
Klubun rəsmi saytı vasitəsilə açıqlanan məlumatda bildirilir ki, İspanyanın “Villareal” komandasında top qovan Altidor ilə mövsümün sonuna kimi sözləşmə imzalanıb. Artıq bu gün Bursaya təşrif buyuran oyunçuyla rəsmi müqavilə də imzalanıb.
Xatırladaq ki, bu qış Türkiyədə "Galatasaray", "Fenerbahçe" kimi klublar səs-küylü transferlər həyata keçirmədiyi halda, yalnız "Beşiktaş" Simao Sabroza, Fernandes və Huqo Almeydanı heyətinə qatmaqla özündən söz etdirmişdi.
