1 fevral 2011 14:44
Bakıda keçiriləcək DÇ FİFA-nın gündəmində
Bu gün İsveçrənin Sürix şəhərində 17 və 20 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatları üzrə FİFA Təşkilat Komitəsinin iclası keçiriləcək. Azerisport.az xəbər verir ki, 2012-ci ildə ölkəmizdə keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatının yerli təşkilat komitəsinin sədri, qeyd olunan çempionat üzrə FİFA Təşkilat Komitəsinin üzvü, AFFA-nın baş katibi Elxan Məmmədov sözügedən tədbirdə iştirak edəcək.
O, respublikamızda təşkil olunacaq çempionata hazırlıqla bağlı görülən işlər barədə ətraflı məlumat verəcək.
