1 fevral 2011 15:06
Azərbaycan millisində məşqçi istefası
21 yaşadək futbolçulardan ibarət yığma komandamızın baş məşqçisi Bernard Lippertin köməkçisi olan Əfqan Talıbov istefa verib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssislə işləmək istəməyən mütəxəssisə AFFA rəhbərliyi tərəfindən yeni vəzifə təklif olunub.
Belə ki, Talıbov bundan sonra regionlarda gənc və perspektivli oyunçuların üzə çıxarılması ilə məşğul olacaq.
