1 fevral 2011 15:49

Zaur Məmmədov: İnter`dən aldığımız oyunçular onlara qarşı oynamayacaq

Zaqatalanın “Simurq” klubunun prezidenti Zaur Məmmədov azerisport.az saytına müsahibəsində komandasının hazırlıqlarından və planlarından danışıb.
 
- Hazırlıqlarınız necə keçir?
- Yaxşı. Hər şey Qyoko Haciyevskinin planı üzrə davam edir. Hazırda “Şəfa” stadionunda gündə iki dəfə məşqlər keçirik.
 
- Komanda Gürcüstana getməli deyildimi?
- Bəzi səbəblərə görə gedə bilmədik. Məsələ burasındadı ki, komandanın komplektləşdirilməsi hələ başa çatmamışdı. Ancaq biz yenə gedə bilərik. Artıq “Dinamo” və “Sioni” ilə yoxlama matçları da dəqiqləşdirilib. Sabah “Bakılı” ilə yoxlama matçımız var, ondan sonrakı planımızı da məşqçimizin istəyinə əsasən tərtib edəcəyik.
 
- Kimlərin keçidini həll etmisiz?
- Fərid Quliyev, Emin Quliyev, Samir Musayev və Ramin Nəsibovu artıq komandamıza götürmüşük. Həmçinin “İnter”in üç hücumçusunu icarəyə götürmüşük. Bunlar Mario Souza, Camal Məmmədov və Tofiq Mikayılovdu. Onların hamısıyla yarım illik müqavilələr bağlamışıq. Həmçinin “Bakı”nın müdafiəçisi Səbuhi Həsənov da icarə əsasında komandamızda çıxış edəcək.
 
- Onlar “İnter”ə qarşı oynayacaq? Yenə bu komandanın oyunçularıyla problem yaranmayacaq?
- Onlar “İnter”ə qarşı dəqiq oynamayacaq. Düzdü, bu, müqavilədə göstərilməyib. Ancaq Georgi Nikolovla bunu danışmışıq. Belə bir centlmensayağı razılığımız var.
 
- Çoxları belə hesab edir ki, Emin Quliyev və Samir Musayev kimi oyunçuların artıq vaxtı keçib...
- Futbolçular var ki, 20-dən sonra açılır, bəziləri də var ki, 30 yaşdan sonra. Biz onlardan çox şey gözləyirik.
 
- Yeri gəlmişkən, “Simurq” niyə məhz icarəyə götürməyə üstünlük verir?
- Bilirsiz ki, arıq mövsümün ilk dövrəsi arxada qalıb. Biz əsasən yerli futbolçulara üstünlük veririk. İndiki vəziyyətdə isə bizə təcrübəli oyunçuların köməyi lazımdı.
 
- Yenə də kimlərisə almaq fikriniz var?
- Mövsümün əvvəlində biz “Neftçi”dən 18 yaşlı Elvin Yunusovu icarəyə götürmüşdük. Onda böyük potensial olduğunu düşünürük və yəqin ki, mövsümün sonunda bu futbolçunun transfer hüquqlarını da alacağıq. Bir mərkəz müdafiəçisinə ehtiyacımız var. Haciyevskini Rasim Ramaldanovun zədəli olması bərk narahat edir. Əlimizə elə birisi düşsə, ala bilərik.
 
- Əsas rəqibiniz “Turan” qarşısına Premyer Liqanı 7-ci pillədə başa vurmaq tələbini qoyub...
- Açıq danışıram, başlıcası yerimizi qorumaqdı. Komandanın baş məşqçisi Haciyevskidi və o da komandanı mümkün qədər yuxarı pillələrə qaldırmaq istəyir. 7-ci yeri tutmaq artıq daha çox makedoniyalı mütəxəssisin imicini qoruyub saxlamaq baxımından arzusu ola bilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.