1 fevral 2011 16:00
MOİK Rusiya klubundan oyunçu transfer edir
Azərbaycanın MOİK futbol klubu heyətini gücləndirməkdə davam edir. Azerisport.az xəbər verir ki, hazırda “hərbçilər” bir neçə futbolçunu sınaqdan keçirir.
Komandanın məşqlərində iştirak edən və özünü məşqçilər korpusuna göstərmək istəyənlər arasında “Simurq”dan Anar Səfərli və Elçin Xəlilovu, “Karvan”dan Röyal Nəcəfovu,, “MKT-Araz”dan Rauf Babayevi misal göstərmək olar. Böyük ehtimalla onların hamısıyla müqavilə imzalanacaq. MOİK həmçinin Rüstəm Novruzovu da heyətinə qatmağa yaxındı. Hansı ki, bu futbolçu ötən mövsümü Rusiyanın “Proqres” klubunda keçirib.
