1 fevral 2011 16:56
Klublarımız üçün örnək feyr-pley (VİDEO)
İngiltərə çempionatının Cənub Konferansıdan çox maraqlı bir olay yaşanıb. Azerisport.az xəbər verir ki, “Boreham Wood” ilə “Waterlooville” arasındakı matçda gözəl bir centlmenlik örnəyi sərgilənib. Bir oyunçunun zədələnməsi səbəbindən rəqib meydançasına göndərdikləri topun təsadüfən qolla nəticələnməsindən sonra “Boreham Wood” komandasının üzvləri qarşı tərəfə də qol vurmağa imkan yaradıblar. Maraq üçün qeyd edək ki, matçın qalibi sonda 2:1 hesabıyla üstün olan "Waterlooville" olub.
