1 fevral 2011 17:17
Qarabağ`ın gedənlərindən üçü qayıtdı
“Qarabağ” Antalyada hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, artıq Ağdam təmsilçisi qardaş ölkədə keçirdiyi təlim-məşq toplanışının 24-cü gününə qədəm qoyub.
Qeyd edək ki, artıq bir neçə gündü U-21-in düşərgəsinə qolan Tural İSgəndərov, Qara Qarayev və Murad Səttarlı komandanın sıralarına dönüblər. Əsas milliyə gedən futbolçuların da yoxluğunda “Qarabağ”ın məskunlaşdığı otelin yaxınlarında təlim-məşq toplanışı keçən gənclər millisindən 3 futbolçu geriyə qayıdıb. Amma Qara Qarayev xəstəliyi səbəbindən ilk məşqdə iştirak edə bilməyib.
