1 fevral 2011 17:22
Millimizin 2011-ci ildəki ilk oyununun başlama saatı müəyyənləşdi
Azərbaycan milli komandasının 2011-ci ildəki ilk oyununun başlama vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, Berti Foqtsun rəhbərlik etdiyi komandamızın Ukraynanın “Metallist” (Xarkov) klubuyla sabahkı dueli Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Qeyd edək ki, bu qarşılaşmada Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək. Komandamız təlim-məşq toplanışında olduğu bu ölkədə fevralın 9-da Macarıstan yığmasıyla da sınaq matçına çıxacaq.
