1 fevral 2011 18:07
4 futbolçu getdi, 4-ü gəldi
Azərbaycan çempionatının birinci divizionunda çıxış edən Qusarın “Şahdag” futbol klubu doğma şəhərdə təlim-məşq toplanışı keçirir. Azerisport.az xəbər verir ki, komandanın baş məşqçisi Kamran Əlibabayev PFL-ə verdiyi məlumatda indiyə kimi 3 yoxlama görüşünda qüvvəsini sınadıqlarını bildirib. Belə ki, "Neftçi" İSM üzərində 3:2 hesabı ilə qələbə qazanan komanda, Sumqayıtın eyniadlı klubuna 2:3 hesabı ilə məglub olub. Premyer Liqa təmsilçisi MOİK-lə görüşdə isə heç-heçə qeydə alınıb - 2:2.
Qış fasiləsində "Şahdağ" klubunu 4 oyunçunun tərk etdiyini bildirən baş məşqçi, daha 4 nəfərin isə kluba transfer olunduğunu qeyd edib. Sabah Bakıda “İnter” komandasının əvəzedicilərindən ibarət komandası ilə qarşılaşacaq "Şahdağ" fevralın 3-də istirahətə buraxılacaq.
