1 fevral 2011 18:24
Elxan Məmmədov Blatterlə görüşüb (FOTO)
Bu gün İsveçrənin Sürix şəhərində 17 və 20 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatları üzrə FİFA Təşkilat Komitəsinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, 2012-ci ildə ölkəmizdə keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatının yerli təşkilat komitəsinin sədri, qeyd olunan çempionat üzrə FİFA Təşkilat Komitəsinin üzvü, AFFA-nın baş katibi Elxan Məmmədov tədbirdə iştirak edib.
O, respublikamızda təşkil olunacaq çempionata hazırlıqla bağlı görülən işlər barədə ətraflı məlumat verib.
